İRNA-nın Qətərin Əl-Cəzirə kanalına istinadən cümə günü verdiyi xəbərə görə, Qəssam taborları "Əl Bric" düşərgəsinin şimalında sionist piyada qüvvələri və onların hərbi texnikasını hədəfə aldıqlarını və bir neçə sionisti öldürdüklərini və ya yaraladıqlarını elan etdilər.
Əl-Qəssam həmçinin Əl Bric düşərgəsində sionist rejimin D9 buldozerini Yasin 105 raketi ilə məhv edildiyini açıqlayıb.
HƏMAS-ın hərbi qanadı həmçinin Qəzzənin şimalında yerləşən Beyt Hanunda sionist rejimin "Sky Lark 2" adlı kəşfiyyatçı PUA-sını vurulduğunu açıqlayıb.
Saraya əl-Qüds də sionistlərin Hulit, Sofa və Neyr İshaq qəsəbələrini raket hücumları ilə hədəfə aldığını açıqlayıb.