Tehran - İRNA - Fələstinin Səhiyyə Nazirliyi bildirib ki, oktyabrın 7-dən indiyə kimi Qəzzada 21507 fələstinli şəhid olub.

İRNA-nın cümə günü “Əl-Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, Fələstinin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəliyi bəyanat yayaraq bildirib ki, sionistlərin təcavüzünün başlanmasından bu yana Qəzza zolağında 21507 fələstinli şəhid olub.

Nazirlik həmçinin bu vəhşi təcavüzün başlanğıcından bu yana 55 915 fələstinlinin yaralandığını açıqlayıb.

Bəyanatda vurğulanır ki, son 24 saatda 187 fələstinli şəhid olub, 312 nəfər isə yaralanıb.