İRNA-nın bazar ertəsi səhər saatlarında Bloomberg-ə istinadən verdiyi xəbərə əsasən, İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Efiopiyanın yüksək səviyyəli nümayəndələrinin dekabrın əvvəlində Cənubi Afrikanın Durban şəhərində keçirilən BRİKS toplantısında iştirakına toxunan Soklal vurğulayıb: “Bu ölkələrin qoşulması ilə BRİKS üzvlərinin sayı ikiqat artacaq.”
O, əlavə edib: “BRİKS-in yeni üzvlərinin nümayəndələri bu iqtisadi blokun yanvarın 30-da Moskvada keçiriləcək növbəti iclasında iştirak etmələri planlaşdırılıb.”
Bloomberg-in bildirdiyinə görə, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxil olmaqla hazırkı üzvlər avqust ayında əvvəllər müraciət etmiş 6 yeni ölkəni bu iqtisadi bloka qoşulmağa dəvət ediblər ki, beləliklə, dünyanın ən böyük enerji istehsalçılarından bəzilərini BRİKS şəklində bəzi ən böyük istehlakçıları ilə bir araya gətirsinlər.
Bu 6 ölkə arasında yalnız Argentina bu dəvəti rədd etdi, çünki bu ölkənin yeni Prezidenti Xavyer Milli bu ay hökumət başına gəldikdən sonra Argentinanın keçmiş Prezidenti Alberto Fernandezin BRİKS-ə qoşulmaq müraciətini geri götürdü.
Bu arada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu həftə 30-a yaxın ölkənin BRİKS-ə qoşulmaq istədiyini açıqladı.
Digər tərəfdən, Nigeriyanın Xarici İşlər naziri Yusuf Toqar noyabr ayında bildirdi: “Afrikanın ən çox əhalisinə sahib ölkəsi olan Nigeriya yaxın 2 ildə BRİKS-ə qoşulmaq niyyətindədir.”