Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisinin üzvü bazar günü Qırmızı dənizdə baş verən hadisələrə və Amerikanın hücumu nəticəsində Yəmən Hərbi Dəniz Qüvvələrinin 10 əsgərinin şəhid olmasına işarə edərək, Vaşinqtonun cinayətinin cavabsız qalmayacağını bəyan edib.

İRNA-nın bazar ertəsi axşam saatlarında verdiyi xəbərə görə, Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisinin üzvü Məhəmməd əl-Buxeyti “Fələstin Əl-Yəvm” telekanalına müsahibəsində deyib: “Biz qonşu ölkələrə tövsiyə edirik ki, Yəmənə qarşı təcavüzdə İsrail və onun müttəfiqləri ilə əməkdaşlıq etməsinlər, onların cinayətlərinə şərik olmasınlar.”

O vurğulayıb: “Hər kəs hansı tərəfdə dayanacağını seçməlidir; uşaq qatillərinin yanında olacaq, ya məzlum Fələstin xalqını müdafiə edəcək?”

Bu açıqlama Yəmən Silahlı Qüvvələrinin bazar günü axşam saatlarında yaydığı bəyanatda Amerikanın Qırmızı dənizə hücumunda bir sıra dəniz döyüşçülərinin şəhid olmasını təsdiqlədikdən sonra verilib.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bəyanatının davamında deyib: “Düşmən Amerika qüvvələri 3 qayığa hücum edərək 10 əsgərimizi şəhid edib.”

Yəhya Sərii vurğulayıb ki, Amerika qüvvələri Qırmızı dənizdəki qüvvələrimizin qayıqlarını hədəfə almağın ağır bədəlini ödəyəcəklər.