Tehran - İRNA - İraqın xəbər mənbələri amerikalı terrorçuların yerləşdiyi İraq Kürdüstanının Ərbil hava limanı yaxınlığındakı Hərir bazasına növbəti hücumun edildiyini bildirib.

İRNA-nın bu gün (çərşənbə axşamı) verdiyi məlumata əsasən, ötən gecə İraqın qərbindəki Ənbar vilayətində Amerika terrorçu hərbçilərinin yerləşdiyi Ayn əl-Əsəd bazası İraq müqavimət qüvvələri tərəfindən hücuma məruz qalıb.

Bu hücum yeni ildə İraqın qərbindəki Ayn əl-Əsəd bazasına edilən ilk hücum və müqavimətin amerikalılara milad hədiyyəsi idi.

İki gün əvvəl də İraq islami müqavimət qüvvələri Hərir bazasını pilotsuz təyyarə ilə hədəfə almışdılar.