İRNA-nın çərşənbə axşamı, axşam saatlarında “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Livanın Baş naziri Nəcib Miqati deyib: “Bu partlayış İsrailin yeni cinayətidir və şübhəsiz ki, cənubda davam edən gündəlik hücumlardan sonra Livanı qarşıdurmanın yeni mərhələsinə sövq etmək niyyətindədir.”
“Bu partlayış bizim ölkədən müharibə qorxusunu uzaqlaşdırmaq üçün göstərdiyimiz səylərə aydın cavabdır” - deyə, Miqati əlavə edib.
Baş nazir bildirib: “Biz İsrailin siyasi səviyyəsinə xəbərdarlıq edirik ki, Qəzzadakı məğlubiyyətlərini Livan sərhədlərinə doğru çəkməsin və yeni münaqişə qaydaları qəbul etdirməyə çalışmasın.”
Miqati həmçinin müvafiq ölkələrdən sionist rejimin təcavüzkarlığını dayandırmaq üçün ona təzyiq göstərmələrini istəyib.