Kirman Təcili Tibbi Yardım idarəsi rəisi bu axşam Şəhidlər Gülzarı yollarında törədilən terror partlayışları nəticəsində bəzi yaralıların şəhid olması ilə şəhidlərin sayının 103-ə yüksəldiyini açıqlayıb.

Yaralıların sayı 141 nəfərdir, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Yaralılar Peyğəmbər Əzəm, Bahünar, Şəfa və Əfzəlipur xəstəxanalarına yerləşdirilib.

Yaralıların daşınması üçün hazırlıq var və ölkənin Təcili Tibbi Yardım idarəsi də təyyarə hazırlayıb, lakin hələlik ehtiyac tələbi verilməyib. Bütün imkanlar səfərbər rejimdədir.