Tehran - İRNA - Fələstinin İslami Cihad hərəkatı Kirmanda general Hacı Qasim Süleymaninin şəhadətinin ildönümünün iştirakçıları arasında törədilən terror partlayışını kəskin şəkildə pisləyib.

İRNA-nın Fələstin mediasına istinadən verdiyi məlumata görə, İslami Cihad hərəkatı vurğulayıb: Kirmanda amansız təcavüz İslam ümmətinin Şəhid Süleymaninin simvollarından biri olaraq qalacağı müqavimət ətrafında həmrəyliyini artıracaq.

İRNA müxbirləri çərşənbə günü günortadan sonra bildiriblər ki, Kirmanda Şəhidlər Gülzarına gedən yollardan birində 2 partlayış səsi eşidilib.


Bu arada, Kirman valisinin təhlükəsizlik işləri üzrə müavini mediaya verdiyi müsahibədə Şəhidlər Gülzarı yollarında baş verən 2 partlayışın terror aktı olduğunu təsdiqləyib.