Ötən gün baş verən terror partlayışlarından sonra Kirman şəhərinin Şəhidlər Gülzarını çoxlu sayda insan ziyarət etməkdədir. Birinci vitse-prezident Məhəmməd Müxbir də cümə axşamı (4 yanvar 2024-cü il) günortadan əvvəl Şəhid Hacı Qasim Süleymaninin məqbərəsini ziyarət etdi və camaatla söhbət etdi.