İRNA-nın Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, Çin prezidenti Şi Cinpin cümə axşamı İran prezidenti Seyid İbrahim Rəisiyə mesaj göndərərək Kirman şəhərində törədilən terror aktlarını pisləyib, zərərçəkənlərə görə İran hökuməti və xalqına başsağlığı verib.
Şi Cinpin deyib ki, o, İranın Kirman şəhərində ciddi terror aktlarının törədildiyini və böyük itkilərə səbəb olduğunu eşidəndə şoka düşüb.
Çin prezidenti Çin hökuməti və xalqı adından həlak olanlara dərin hüznlə başsağlığı verib, xəsarət alanların və həlak olanların ailələrinə başsağlığı verib.