İRNA-nın məlumatına görə, Əl-Qədərə bu ana qədər şəhidlərin ümumi sayını 22 min 438, yaralıların sayını isə 57 min 614 nəfər elan edib.
O, Qəzza müharibəsi qurbanlarının 70%-nin qadın və uşaqlar olduğunu vurğulayıb.
Əl-Qədərənin məlumatına görə, 326 tibb işçisi şəhid olub, 121 təcili yardım maşını məhv edilib.
İşğalçı ordu 150 sağlamlıq və müalicə mərkəzini hədəfə alıb, onlardan 30 xəstəxana və 53 müalicə mərkəzi tamamilə xidmətdən çıxıb.
Qəzzanın şimalındakı xəstəxanaların menecerləri də daxil olmaqla 99 tibb işçisi hələ də həbsdədir.