Bu telefon danışığında tərəflər İsrail rejiminin Beyrutdakı hərbi əməliyyatı və Saleh əl-Arurini terror etməsinin danışıqlar prosesinə və Qətərin səylərinə mənfi təsirlərini araşdırıblar, Qəzza, Bab əl-Məndəb və Qırmızı dənizdəki son hadisələri və ABŞ-ın qaldırdığı bəzi məsələləri nəzərdən keçiriblər, bir daha sionist rejim tərəfindən Qəzza əhalisinin qətliam edilməsinin tez bir zamanda dayandırılmasını, məcburi köçürülmənin qarşısının alınmasını, mühasirənin aradan qaldırılmasını, Qəzzaya humanitar yardım, dərman və ərzaq göndərilməsini vurğulayıblar.
Publish Date: 5 yanvar 2024 - 19:28
Qətərin Baş naziri və Xarici İşlər naziri ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığında Kirman şəhərinin Gulzari-Şuhəda yolunda onlarla insanın şəhid olması ilə nəticələnən terror aktını pisləyib, İran hökumətinə və xalqına başsağlığı verib, şəhid olanların yaxınlarına səbr, yaralananlara isə tam şəfa diləyib.