Tehran - İRNA - İraq islami müqaviməti şənbə günü səhər saatlarında Suriyadakı Amerika hərbi bazasını hədəfə alıb.

İRNA-nın bu müqavimət qrupunun döyüş mediasına istinadən verdiyi məlumata görə, Suriyanın cənub-şərqindəki Ət-Tanf və Suriyanın şimal-qərbində Əş-Şədadidəki Amerika hərbi bazası pilotsuz təyyarələrin hədəfi olub.

Əl-Məyadin telekanalı çərşənbə günü axşam saatlarında bildirdi ki, ABŞ-ın Suriyanın cənub-şərqindəki Ət-Tənf hərbi bazasına hücum edilib.