Tehran - İRNA - Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin bu zolağa təcavüzü nəticəsində şəhid olanların sayının 23 min 210 nəfərə yüksəldiyini açıqlayıb.

İRNA-nın çərşənbə axşamı “Şihab” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qəzza Səhiyyə Nazirliyi Qəzza müharibəsinin 95-ci günündə bildirib ki, sionist rejim ötən 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 12 yeni cinayət törədib və nəticədə 126 nəfər şəhid olub, 241 nəfər isə yaralanıb.

Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin bu zolağa hücumları nəticəsində şəhidlərin sayının 23 min 210 nəfərə yüksəldiyini açıqlayıb.

Səhiyyə Nazirliyi həmçinin bu təcavüzlər nəticəsində yaralananların son sayının 59 min 167 nəfər olduğunu bildirib.