Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çərşənbə axşamı deyib ki, ABŞ hökuməti hazırda Qəzza zolağında atəşkəslə razı deyil.
Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında atəşkəsin hazırda HƏMAS-ın xeyrinə olacağını iddia edərək deyib: “Biz Qəzzada daha çox fasilələrin yaranmasını və yardım çatdırılmasının artırılmasını dəstəkləməyə davam edirik.”
Amerika mətbuatının yazdığına görə, Kirbi sionist rejimin Qəzzə zolağına çoxlu sayda media mənsubunun ölümünə səbəb olan kor hücumlarını müdafiə edərək iddia edib: “İsrailin Qəzzada jurnalistləri qəsdən hədəf almasına inanmıram. Biz dünyanın istənilən yerində jurnalistləri dəstəkləyirik.”
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü ABŞ müdafiə naziri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi və cərrahiyyə əməliyyatı ilə bağlı məlumatın gizlədilməsi ilə bağlı suala cavabında deyib: “Bayden prezidentliyinin birinci müddətinin sonuna qədər Ostini vəzifədə saxlamağa sadiqdir.”
Bundan əvvəl ABŞ prezidenti Co Bayden sionist rejimin Qəzza zolağında soyqırım törətməsi iddiasını bir daha rədd etmişdi və bu rejimin fələstinli qadın və uşaqlara qarşı hücumlarını dəstəkləmişdi.