Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Qırmızı dənizdə Amerikaya aid bir gəminin hədəf alındığını açıqlayıb.

İRNA-nın çərşənbə günü “Əl-Məsirə” telekanalına istinadən verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Səri bildirib: “Sionist rejimə dəstək verməkdə olan Amerika gəmisini çoxlu sayda ballistik və dəniz raketləri və pilotsuz təyyarələrlə hədəf aldıq.”

O, əlavə edib: “Amerika gəmisini hədəfə alma əməliyyatı Amerika düşmən qüvvələrinin donanmamıza xain hücumuna ilkin cavabdır.”

Sərii vurğulayıb: “Amerika gəmisi Hərbi Dəniz Qüvvələri, Raket və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatında hədəfə alınıb. Ölkəmizin və xalqımızın qanuni müdafiə hüququ çərçivəsində bütün düşmən təhdidlərinə qarşı uyğun mübarizə aparmaqdan çəkinməyəcəyik.”

Yəmən ordusunun sözçüsü bunu da qeyd edib ki, ölkəsi Qəzzaya qarşı müharibə dayanana və bu bölgənin blokadası aradan qaldırılana qədər sionist hədəfləri hədəfə almağa davam edəcək.

Y. Sərii sionist rejimə aid gəmilər və işğal olunmuş ərazilərə gedən gəmilər istisna olmaqla, Qırmızı dənizdə naviqasiyanın təhlükəsizliyini vurğulayıb.