Tehran - İRNA - HƏMAS Beynəlxalq Ədalət Məhkəməsinin iclasını alqışlayıb.

İRNA-nın cümə axşamı Əl-Məyadin kanalına istinadən verdiyi xəbərə görə, Həmas sionist rejimin Qəzzəyə qarşı törətdiyi cinayətlərlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin iclasının keçirilməsinə reaksiya verib.

HƏMAS-ın Qəzzadakı siyasi ofisinin üzvü Basim Nəim teleqram sosial platformasında verdiyi bəyanatında Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzaya qarşı müharibəni dərhal dayandıraraq və İsrail hərbi cinayətkarlarını cəzalandıraraq ədalətə hörmət edəcəyinə ümid etdiyini bildirib.

O əlavə etdi: Biz Cənubi Afrikanın müraciətinə əsasən Haaqa Məhkəməsinin ilkin iclasının keçirilməsini alqışlayırıq.