Tehran - İRNA - Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyi bu gün bildirib ki, sionist rejim ordusunun oktyabrın 7-dən Qəzza zolağının müxtəlif bölgələrinə hücumları nəticəsində şəhid olanların sayı 23 min 469 nəfərə çatıb.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi əlavə edib: “Sionist rejim ordusunun Qəzza zolağında törətdiyi cinayətlərdə 59 min 604 nəfər yaralanıb.”

Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, sionist rejimin son 24 saat ərzində törətdiyi 10 cinayət hadisəsində 112 fələstinli şəhid olub, 194 nəfər isə yaralanıb.