İRNA-nın cümə günü verdiyi xəbərə görə, Reuters agentliyi Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdussalama istinadən əlavə edib ki, Səna sionist rejimin gəmilərini və ya təyinat yeri işğal olunmuş Fələstin əraziləri olan gəmiləri hədəf almağa davam edəcək.
Ənsarullah Hərəkatının danışıqlar qrupunun rəhbəri bildirib ki, vəziyyətdən asılı olmayaraq, bu ölkənin Qəzzaya dəstək mövqeyi sabitdir və dəyişməyəcək.
Məhəmməd Əbdussəlam, Amerika və İngiltərənin sionist rejimə dəstək məqsədilə hücumları ilə bağlı deyib ki, onlar bu xain hücumları ilə axmaqlıq etdilər və əgər Yəmənin Fələstin və Qəzzanın məzlum xalqına dəstəyini dayandıracağını düşünürlərsə, çox yanılırlar. Yəmən Fələstin və Qəzza əhalisinə dəstək olaraq dini və humanitar mövqelərini davam etdirəcək.