İRNA-nın əl-Məsirə kanalına istinadən verdiyi xəbərə görə, Ənsarullah hərəkatının siyasi ofisi Yəmənə qarşı təcavüzün bu ölkənin Fələstin xalqına verdiyi dəstəyə görə həyata keçirildiyini elan edib.
Ənsarullahın siyasi ofisi Yəmən xalqına qarşı cinayətkar təcavüzün heç bir hüquqi və şəriət əsası olmadığını bəyan edərək, bu təcavüzün İsrailin (rejiminin) əmrlərinə cavab olaraq həyata keçirildiyini bildirib.
Ənsarullah ABŞ və İngiltərənin təcavüzünün cavabsız və cəzasız qalmayacağını vurğulayaraq, təcavüzkar ölkələrin bu təcavüzün bütün nəticələrinə qatlanmalı olduğunu bəyan edib.
Ənsarullah Hərəkatının siyasi ofisinin bəyanatında deyilir: Yəmən xalqının İsrail (rejimi) və Amerika təcavüzləri qarşısında Fələstin xalqına dəstək və köməyində mövqeyi dəyişməyəcək.
Ənsarullah Yəmən xalqına qarşı Amerika-İngiltərə təcavüzünə qarşı çıxan ölkələrin, partiyaların və hərəkatların mövqelərini də yüksək qiymətləndirib.
Publish Date: 12 yanvar 2024 - 23:18
Tehran - İRNA - Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi cümə günü gecə yaydığı bəyanatda ABŞ və İngiltərənin bu ölkəyə qarşı son təcavüzünün cavabsız qalmayacağını bildirib.