“Əli əl-Qahum” İRNA-nın beynəlxalq müxbiri ilə müsahibədə əlavə edib: “Amerikalılara deyirik ki, Yəmənə qarşı addım və hərəkətləriniz uğursuz olacaq və var gücümüzlə sizinlə mübarizə aparacağıq”.
O əlavə edib: Bu təcavüzdən sonra Yəmən amerikalılar üçün qəbiristanlığa çevriləcək və onlar regionu zillət içində tərk edəcəklər.
Əl-Qahhum bildirib: Yəmənin milləti, liderləri və Silahlı Qüvvələri Fələstini müdafiə etmək üçün Böyük Şeytanla (Amerika ilə) birbaşa və hərtərəfli müharibəyə girməyə tam hazırdır.
O dedi: Onlar bu təcavüzlə Yəmənlə geniş miqyaslı müharibəyə başladılar və Yəmənin strateji zərbələrinə hazır olmalıdırlar və mütləq bu təcavüzdən peşman olacaqlar və bu təcavüzün bədəlini ağır ödəyəcəklər.
Əl-Qahum əlavə edib: "ABŞ və İngiltərənin təcavüzünün Yəmənə heç bir təsiri olmadı və bu, yeni bir şey deyildi. Hətta onlar daha əvvəl bombalanmış yerləri hədəfə aldılar, lakin bu təcavüz beynəlxalq qanunların və Yəmənin suverenliyinin pozulması və ABŞ-ın terror və cinayətkarlığının daha bir göstəricisi idi.
O əlavə edib: Yəmənə qarşı təcavüz Yəmənin milli və xalq mövqeyi olan Fələstinə dəstəyinə və Qırmızı dənizdə geniş və strateji əməliyyatlarına qarşılıq olaraq həyata keçirilib.
Əl-Qahum bildirib: Sionist rejimin hədəf alınması və bu rejim və ya ona aid olan gəmilərin Qırmızı dənizə daxil olmasına mane olan bu strateji əməliyyat davam edir və Qəzzaya qarşı təcavüz bitənə və oranın blokadası götürülənə qədər də davam edəcək. Yəmən son qələbəyə və İsrail rejiminin məhvinə qədər Fələstinin yanında olmaqdan qürur duyur.