Tehran - İRNA - İrana səfər edən Hindistanın Xarici İşlər naziri Tehranda rəsmi qarşılanma mərasimindən sonra Əmir Abdullahiyan ilə birgə iclasda iştirak edib.

İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Tehrana iki günlük səfər etmiş Hindistanın Xarici İşlər naziri Subramanyam Cayşankar bu gün (bazar ertəsi) günorta saatlarında ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

Tərəflər qarşılıqlı maraq doğuran mövzuları və müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişafı, son regional və beynəlxalq hadisələri müzakirə ediblər.