Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq bu gecə bölgədə İran əleyhinə casusluq qərargahlarını və terrorçu qrupların toplaşdığı yerləri ballistik raketlərlə məhv etdiyini bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun 1 nömrəli bəyanatının mətni:

Bismillahir-Rəhmanir-Rəhim

İslami İranın şərəfli və qəhrəman xalqına bildirilir ki, İslami İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq Uca Allaha təvəkkül etməklə və həzrət Vəliyi-Əsrin (ə) inayəti ilə bölgənin bəzi ərazilərində anti-İran casusluq qərargahlar və terror qruplarının toplandığı yerlər bu gecə, gecə yarısı SEPAH-ın ballistik raketləri ilə hədəfə alınaraq məhv edildi.