Tehran - İRNA - Fələstin media mənbələri bu gün (çərşənbə axşamı) axşam saatlarında bildiriblər ki, müqavimət döyüşçüləri sionist rejim ordusuna qarşı əməliyyatlarını davam etdirərək müxtəlif istiqamətlərdə onlara ağır zərbələr endiriblər.

İRNA-nın çərşənbə axşamı “Şihab” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzəddin Əl-Qəssam Briqadaları bəyanat yayaraq Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərində sionist rejim əsgərlərinin toplaşdığı yeri raket atəşinə tutduqların bildiriblər.

Əl-Qəssam Briqadaları yaydıqları başqa bir bəyanatda qeyd ediblər: “Biz Xan Yunisdə sionist rejimə aid 2 tankı Yasin-105 raketi və 2 hərbi buldozeri anti-zireh raketlə hədəfə aldıq.”