Tehran - İRNA - Bu gün (çərşənbə) Fransa Senatı Azərbaycan Respublikasının Qarabağa hərbi hücumunu pisləyən qətnaməni nəzərdən keçirəcək və onu səsə qoyacaq.

İRNA-nın Senata aid Pablik xəbər saytına istinadən verdiyi xəbərə görə, sağ mərkəzçi Respublikaçılar Partiyasının rəhbəri Bruno Ratalo və Fransa Senatındakı Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Gilbert Lukun imzaladığı bu qətnamə layihəsində, həmçinin “bu ölkəyə müdafiə ləvazimatları verməklə təcavüzün və Ermənistan Respublikasının ərazi bütövlüyünün mümkün pozulmasının qarşısını almaq üçün daha çox səy göstərməyə” çağırış edilir.

Çərşənbə axşamı Fransa Senatı Azərbaycana sanksiyasıya tətbiq edilməsinə dair qətnaməni lehinə 295 səs, əleyhinə 1 səslə təsdiqləyib.

Bu qətnamədə Fransa hökumətindən Ermənistana qarşı hücumlara və Qarabağa təcavüzə görə Azərbaycan Respublikasına sanksiya tətbiq edilməsi tələb olunur.

Fransa Senatı həmçinin regionu Ermənistanla birləşdirən Laçın dəhlizinin statusunun dəyişməz qalmasını təmin etmək istəyir.