Xarici işlər naziri Dr. Əmir Abdullahian Pakistan İslam Respublikasının Xarici İşlər Naziri cənab Cəlil Abbas Ceylani ilə telefon danışığında tərəflər ikitərəfli münasibətlərin son vəziyyətini müzakirə edib və fikir mübadiləsi aparıblar.

Doktor Əmir Əbdullahian İran İslam Respublikasının öz dostu, qardaşı və qonşusu Pakistanın suverenliyi və ərazi bütövlüyünə hörmətini vurğulayaraq dedi: Biz Pakistanın suverenliyi və ərazi bütövlüyünə qarşı çox diqqətliyik.

Diplomatik xidmətin rəhbəri Pakistanın təhlükəsizliyini İran İslam Respublikasının təhlükəsizliyi adlandırıb və “Ceyş əl-Ədl” kimi tanınan hərəkatın iki ölkənin ümumi təhlükəsizliyinə zidd fəaliyyət göstərən terror qruplaşması olduğuna aydınlıq gətirib.

  Doktor Əmir Əbdullahian əlavə edib ki, İran İslam Respublikası silahlı qüvvələrinin antiterror əməliyyatı bu iranlılardan ibarət terror qruplaşmasına qarşı olub və bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb.

Pakistanın xarici işlər naziri iki ölkənin ortaq məqsədlərinə və İran və Pakistanın bir-birinin müdafiəsi və terrorla mübarizə tarixinə toxunaraq, vurğulayıb: İranın təhlükəsizliyi həm də Pakistanın təhlükəsizliyidir. Nə vaxt Pakistan torpağında İran İslam Respublikasına qarşı təhlükə yaranarsa, Pakistan hökuməti ona qarşı hərəkətə keçib.

O vurğulayıb ki, rəsmi İslamabad Pakistandakı terror qruplarına qarşı Pakistan Silahlı Qüvvələri tərəfindən mübarizə aparılacağını gözləyir.