Bəndər Abbas - İRNA - “Vilayət Səmasının Müdafiəçiləri 1402” ixtisaslaşdırılmış birgə hava hücumundan müdafiə təlimi bu gün cümə axşamı “Ya Əli bin Əbi Talib (ə)” kodu ilə ölkənin cənub-qərb, cənub və cənub-şərq bölgələrində ölkə səmasının üçdə birini təşkil etməklə başlayıb.

İRNA-nın məlumatına görə, bu təlim Hava Hücumundan Müdafiə Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri, İran İslam Respublikasının Hərbi Hava Qüvvələri, İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri,  İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri, həmçinin, Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə müştərək bazasının əməliyyat nəzarəti altında olan ordunun quru qoşunlarının hissələrinin iştirakı ilə cənub-qərb, cənub və cənub-şərq ümumi bölgələrində 600 km məsafədə və sahil zolağından ölkənin 400 kilometr dərinliyinə qədər və hava müşahidə zonalarında keçirilməklə başlayıb.