Tehran - İRNA - Livan Hizbullah Hərəkatı yaydığı bəyanatda Amerikanın Ənsarullah Hərəkatını terrorçu siyahısına salmaq qərarını pisləyib, bunu ədalətsiz, özbaşına və etibarsız qərar hesab edib.

İRNA-nın məlumatına görə, Livan Hizbullahı cümə axşamı verdiyi bəyanatda Ənsarullahın ABŞ-ın terrorçular siyahısına daxil edilməsini pisləyərək bildirib: “Bu qərar ABŞ-ın Yəmənə qarşı bir neçə ildir davam edən təcavüzünün davamıdır.”

Livan Hizbullahı ABŞ-ın bu qərarını ədalətsiz, özbaşına və etibarsız adlandıraraq vurğulayıb: “Amerikanın özü sionist terrorizmi, Qəzzaya və onun dözümlü xalqına qarşı cinayətkar təcavüzü dəstəkləyir.”