İRNA-nın cümə günü “Quds Press”-ə istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi yaydığı bəyanatda bildirib ki, oktyabrın 7-dən indiyədək sionist rejimin Qəzza sakinlərinə qarşı vəhşicəsinə hücumları səbəbindən bu zolağda 24762 fələstinli şəhid olub.
Səhiyyə Nazirliyi əlavə edib ki, bu müddət ərzində işğalçı sionist rejimin hücumları nəticəsində Qəzzada 62 min 108 nəfər yaralanıb.