Publish Date: 20 yanvar 2024 - 14:30

Tehran – İRNA - İran Kosmik Təşkilatına məxsus Sürəyya peyki SEPAH Aerokosmik Qüvvələrinin Qaim 100 (Qaem) peyk daşıyıcısı tərəfindən kosmosa buraxılıb.

İRNA-nın müdafiə şöbəsinin məlumatına əsasən, İran Kosmik Tədqiqatlar İnstitutuna (Rabitə Nazirliyi) aid olan Sürəyya peyki bir saat əvvəl uğurla orbitə buraxılıb və orbitin 750 km-liyinə yerləşdirilib.

Bu peyk İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin üç mərhələli, bərk yanacaqlı Qaim 100 daşıyıcısı ilə kosmosa buraxılıb.

Bu, ilk dəfədir ki, İran 500 km-dən yüksək orbitlərdə peyki uğurla yerləşdirir.