Tehran - İRNA - İraqın islami müqaviməti bu gün (şənbə) axşam saatlarında İraqın qərbindəki Ayn əl-Əsəd Amerika bazasını geniş raket hücumu ilə hədəfə alıb.

İRNA-nın şənbə günü verdiyi məlumata görə, İraqın qərbində Amerika qüvvələrinin qeyri-qanuni yerləşdiyi Ayn əl-Əsəd bazası çoxlu sayda raketlə hədəfə alınıb.

Bu, Amerikanın bölgədəki işğalçı bazalarına edilən ən geniş hücum hesab edilir.

İraq islami müqaviməti bəyanat yayaraq bu hücumun məsuliyyətini öz üzərinə götürüb və bu hücumda çoxlu sayda raketdən istifadə edildiyini açıqlayıb.