İRNA-nın məlumatına görə, Əbdüssəalam rəsmi Teleqram səhifəsində vurğulayıb: “Fələstin xalqına dəstək olaraq biz İsrail gəmilərini və ya işğal olunmuş Fələstinə gedən gəmiləri hədəfə alırıq ki, aparteid rejimi Qəzzaya hücumlarını dayandırsın.”
O, qeyd edib ki, Amerika da Qəzzaya hücumu dayandırmaq üçün məsuliyyətdən qaçmağa son qoymalıdır.
Əbdüssəlam bildirib: “Bir daha vurğulayırıq ki, Yəmən özünümüdafiə prinsipinə sadiqdir. Biz heç vaxt ölkəmizin suverenliyinin pozulmasına imkan verməyəcəyik. Heç vaxt Yəmənə qarşı təcavüzün qarşısında sakit qalmayacağıq.”