Tehran - İRNA - Xəbər mənbələri bazar günü axşam saatlarında sionist əsirlərin ailələri ilə sionist rejimin maliyyə naziri arasında insidentlə bağlı məlumat veriblər.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sionist rejim mənbələri bildiriblər ki, Qəzzadakı 4 sionist əsirin ailəsi ilə Təl-Əvivdə bu rejimin müharibə nazirliyinin qarşısında maliyyə naziri Bezalel Smutriç arasında insident baş verib.

İnsident sionist əsirlərin ailələri tərəfindən Təl-Əvivdə müharibə nazirliyinin qərargahının girişinin blokadaya alınması zamanı baş verib.

Bu ailələr əsirlərin dəyişdirilməsi tələbi ilə şüarlar səsləndiriblər.