Tehran - İRNA - İraq islami müqaviməti bir neçə dəqiqə əvvəl Suriyanın şərqindəki 2 Amerika bazasına pilotsuz təyyarələrlə hücum edildiyini açıqlayıb.

İRNA-nın məlumatına görə, İraq islami müqaviməti Suriyadakı Amerika hərbi bazasına hücumun məsuliyyətini öz üzərinə götürərək deyib: Bir neçə pilotsuz təyyarə ilə Suriyadakı Əl-Ömər və Əl-Şədadi sahələrindəki Amerika hərbi bazasını hədəf aldıq.

Əl-Xəzrə kəndində Əl-Ömər neft yatağı ərazisində Amerika əsgərlərinin yerləşdiyi baza hədəfə alındı.