Tehran - İRNA - Xəbər mənbələri çərşənbə axşamı səhər saatlarında ABŞ və İngiltərənin Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə hava və raket hücumları təşkil etdiyini bildirib.

İRNA-nın “Əl-Məsirə”-yə istinadən verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna yenidən ABŞ və İngiltərənin hərbi təcavüzünün hədəfinə çevrilib.

Bu xəbərə görə, Əs-Səbin şəhərindəki Əl-Həfa bazası 4 dəfə və Səna vilayətində yerləşən Bəni əl-Haris şəhərindəki Əl-Deyləmi bazası 4 dəfə ABŞ və İngiltərə tərəfindən hücuma məruz qalıb.

Xəbərdə əlavə olunur ki, Yəmənin cənub-qərbindəki Təiz əyalətində yerləşən Muqbənə şəhərinin Əl-Bərəh bölgəsi də Amerika və İngiltərə qırıcıları tərəfindən hədəfə alınıb.