İRNA müxbirinin çərşənbə axşamı verdiyi məlumata görə, İran İslam Respublikası və Pakistan İslam Respublikası xarici işlər nazirlikləri dünən yaydıqları birgə bəyanatda iki ölkənin səfirlərinin öz ezamiyyət yerlərinə qayıtdıqlarını bildirməklə yanaşı, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın pakistanlı həmkarının dəvəti ilə yanvarın 29-u bazar ertəsi İslamabada rəsmi səfər edəcəyini qeyd ediblər.
Publish Date: 23 yanvar 2024 - 15:28
İslamabad- İRNA- İran və Pakistan sərhədlərində baş verən son hadisələr, xüsusilə də vəziyyətə nəzarət etmək üçün iki qonşunun müdrik idarəçiliyi Tehran və İslamabadın müştərək təhlükəsizlik sazişlərinin imkanlarını aktivləşdirməsi və iki ölkənin sərhədlərində təhlükəsizliksizliklər və terror axını ilə mübarizə üsullarını yenidən müəyyənləşdirməsinin təcili ehtiyacını bir daha yada saldı.