Tehran - İRNA - HƏMAS-ın hərbi qolu "Əl-Qəssam" və Fələstin İslami Cihad Hərəkatının hərbi qolu "Sərəya əl-Qüds" taborları işğalçı İsrail rejiminin əsgərləri ilə döyüşdə Qəzza zolağının cənubunda Xan Yunisdə sionist düşmən qüvvələrinin toplaşma mərkəzini hədəfə alıblar.

İRNA-nın çərşənbə axşamı Əl-Məyadin kanalına istinadən verdiyi xəbərə görə, HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam taborları müharibə bildirişində sionist rejimin üç "D9" tipli buldozerini bu hərəkatın döyüşçüləri tərəfindən məhv edildiyini xəbər verib və əlavə edib: “Xan Yunisin qərbindəki bu buldozerlər “Tandom” və “Yasin 105” raketləri ilə hədəfə alınıb.