Tehran - İRNA - İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü səhər saatlarında deyib: “Qəzza müharibəsinin əhatə dairəsi genişlənib.”

İRNA-nın məlumatına görə, BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı iclasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Əmir Abdullahiyan “ABC News” telekanalına müsahibəsində əlavə edib: “Qəzzaya qarşı müharibə Yaxın Şərq regionunda daha geniş müharibə ehtimalını artırıb.”

Ölkəmizin Xarici İşlər naziri deyib: “Amerika gərginliyin artmasından narahat olduğunu deyir, lakin buna baxmayaraq, İsrailin döyüş maşınına dəstək verir və müharibənin miqyasını genişləndirir.”


Ölkəmizin diplomatik aparatının rəhbəri əlavə edib: “Regionun problemlərinin həllinin açarı Təl-Əvivdən əvvəl Vaşinqtondadır.”