Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Məhəmməd əl-Buxeyti deyib: “Bir daha vurğulayırıq ki, Qəzzaya qarşı müharibə davam etdikcə, dəniz zərbələrimizi davam etdirəcəyik.”

İRNA-nın “Əl-Məsirə” telekanalına istinadən verdiyi məlumata görə, Əl-Baxeyti qeyd edib ki, yəmənlilər Fələstinin məzlum xalqına dəstəyini heç vaxt dayandırmayacaq.