İRNA-nın müxbirinin verdiyi məlumata görə, Ali Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ikitərəfli, regional və beynəlxalq məsələlərin geniş spektrini müzakirə ediblər.
İki ölkənin yüksək səviyyəli siyasi və təhlükəsizlik nümayəndə heyətlərinin iştirak etdiyi bu görüşün əvvəlində təhlükəsizlik və müdafiə sahəsində aralarındakı əlaqələr, ən mühüm regional və beynəlxalq proseslər, o cümlədən sionist rejimin Qəzza zolağında davam edən cinayətləri müzakirə edildi.
Görüşün əvvəlində Nikolay Patruşev Kirmandakı terror hadisəsini pisləyərək bir qrup insanın şəhid olması ilə bağlı İran hökuməti və xalqına başsağlığı verib.