Tehran - İRNA - Prezident rəsmi səfər məqsədilə yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətinin müşayəti ilə Türkiyənin paytaxtına gedib.

İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi yerli vaxtla çərşənbə günü günorta saatlarında rəsmi səfər məqsədilə Türkiyənin paytaxtı Ankaraya gəlib və onu hava limanında İran-Türkiyə Birgə Komissiyasının həmsədri, Türkiyənin İdman və Gənclər naziri Osman Aşkınbek qarşılayıb.