Tehran - İRNA - “Russia Today” televiziya kanalının Telegram səhifəsi bildirib ki, ukraynalı əsirləri daşıyan “İlyuşin 76” təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

İRNA-nın məlumatına görə, bu yük təyyarəsinin sərnişinləri arasında 65 ukraynalı əsir, 6 ekipaj və 3 mühafizəçi olub. “Russia Today” yazıb ki, bu ukraynalı məhbuslar mübadilə üçün sərhəd bölgəsinə köçürülməli idi.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddən 90 kilometr aralıda yerləşən hadisə yerinə qəzanın səbəini araşdırmaq üçün qrup göndərilib.