Tehran - İRNA - İraqın İslami müqaviməti Ərbil hava limanı yaxınlığındakı ABŞ hərbi bazasına pilotsuz təyyarə ilə hücum edib.

İRNA-nın məlumatına görə, bu hücum dünən gecə yarısı ABŞ-ın terrorçu ordusu Babil əyalətinin Curf ən-Nəsr bölgəsindəki və İraqla Suriya sərhədindəki Əl-Qaim şəhərindəki Əl-Həşd əş-Şəbi qərargahına hücum etdikdən və burada Əl-Həşd əş-Şəbinin ən azı 2 üzvünün şəhadətə yetirilməsindən sonra həyata keçirilib.

Bir neçə saat əvvəl İraq hökuməti ABŞ-ın terrorçu ordusunun İraq Xalq Səfərbərlik Təşkilatının qərargahına hücumunu pisləyərək verdiyi bəyanatda İraqın suverenliyinə beynəlxalq səviyyədə dəstək vermək üçün rəsmi Vaşinqtonu məhkəməyə verəcəyini açıqladı.