Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi cümə axşamı səhər saatlarında verdiyi açıqlamada Amerika hərbi gəmisinin birbaşa Yəmən Ordusunun raketi ilə vurulduğunu bildirib.

İRNA-nın “Əl-Məsirə” telekanalına istinadən verdiyi xəbərə görə, Yəhya Sərii deyib: “Silahlı Qüvvələrimiz Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ-ın bir sıra esminesləri və hərbi gəmiləri ilə toqquşub.”

“Bir sıra ballistik raketlər birbaşa Amerika hərbi gəmisini vurdu və 2 Amerika ticarət gəmisi də hadisə yerindən qaçdı” – deyə, o, əlavə edib.