Tehran - İRNA - Prezident doktor Seyid İbrahim Rəisi Türkiyədə yaşayan iranlılarla görüşündə sionist rejimin cinayətlərindən 100 gündən çox vaxt keçməsinə işarə edərək deyib: “Döyüş meydanında baş verən hadisələrin real təhlili göstərir ki, Fələstin xalqı, müqaviməti və mücahidləri bu qeyri-bərabər döyüşün qəti qalibidir.”

İRNA-nın məlumatına görə, İran Prezidenti doktor Rəisi bu görüşdə İran və Türkiyənin regional və beynəlxalq məsələlərdə ortaq baxışlarının olduğunu, sionistlərin son zamanlar misli görünməmiş cinayətlər törətməsini və sionistlərə qarşı qlobal nifrətin yarandığını bəyan edərək deyib: “Qaniçən sionist rejimin cinayət və qətllərinin dayandırılması qlobal bir gözləntidir, onun həyata keçirilməsi çəkindirici tədbirlər tələb edir. Dünya ölkələrinin, xüsusən də İslam ölkələrinin sionist rejimlə iqtisadi və siyasi əlaqələrin şah damarını kəsməsi bu uşaq öldürən rejimin qətl və cinayət maşınını dayandırmaq üçün ən təsirli çəkindirici tədbirlərdən biridir.”