Regional məsələlər üzrə ekspert Həsən Hanizadə İRNA-nın xarici siyasət bölməsi üzrə müxbiri ilə müsahibədə Ayətullah İbrahim Rəisinin regional hadisələr baxımından Türkiyəyə səfərinin əhəmiyyəti ilə bağlı deyib: “Cənab Rəisinin Türkiyəyə həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfərini əslində Tehranla Ankara arasında artan münasibətlər çərçivəsində təhlil etmək olar.”
Publish Date: 25 yanvar 2024 - 14:26
Tehran - İRNA - Regional məsələlər üzrə ekspert deyib: “Belə nəzərə gəlir ki, Ayətullah İbrahim Rəisinin Türkiyəyə səfəri indiki şəraitdə strateji və əhəmiyyətli bir səfərdir, regional gərginliyin azaldılmasında və İslam ölkələri, xüsusən də Tehran və Ankara arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi baxımından uyğun ola bilər.”