Tehran - İRNA - Xarici koalisiya qoşunlarının İraqdan mərhələli şəkildə çıxarılması və missiyasının başa çatması üçün rəsmi Bağdad və ABŞ arasında danışıqların birinci mərhələsi başlayıb.

İRNA-nın İraq Xəbər Agentliyinə (INA) istinadən verdiyi məlumata görə, İraqın baş naziri Məhəmməd Şiya əs-Sudaninin mətbuatla əlaqələr şöbəsi bu gün elan edib: İraq və ABŞ arasında xarici koalisiyanın İraqdakı missiyasını dayandırmaq üçün ikitərəfli danışıqların birinci raundu əs-Sudaninin nəzarəti ilə başlayıb.

Bu xəbər agentliyi danışıqların bu raundu ilə bağlı daha ətraflı məlumat verməyib.