Əl-Məyadin kanalı məlumatlı mənbələrə istinadən əlavə edib ki, Yəmən donanmasının Qırmızı dənizdə hədəf aldığı Britaniya gəmisi Yunanıstana deyil, işğal olunmuş Fələstinə doğru gedir.
Bu mənbələr Əl-Məyadin-ə bildiriblər ki, tədarük və müdafiə üçün bu gəmini dəniz yolunda Amerika və İngiltərəyə məxsus 2 gəmi müşayiət edib, lakin Yəmən qüvvələri yaxınlaşıb münaqişə başlayanda iki mühafizə gəmisi münaqişə zonasından uzaqlaşıb və benzin daşıyan İngiltərə gəmisini tək qoyublar.