İslamabad - İRNA - Pakistanın Xarici İşlər naziri bu ölkənin 9 vətəndaşının öldürülməsinə münasibət bildirərək deyib: “Ortaq düşmənlərimiz terror aktları ilə İran İslam Respublikası ilə əlaqələrimizi pozmağa çalışırlar.”

İRNA müxbirinin şənbə günü axşam saatlarında verdiyi məlumata görə, Cəlil Abbas Cilani X sosial şəbəkəsindəki rəsmi istifadəçi hesabında yazdığı mesajda Saravanda törədilən terror aktında 9 pakistanlının həlak olmasına görə təəssüfləndiyini bildirib.

O, əlavə edib: “Bu hərəkət bizim ortaq düşmənlərimiz tərəfindən Pakistan-İran münasibətlərini pozmaq cəhdidir.”

Cilani həlak olanların ailələrinə başsağlığı verib və İran hökumətindən Pakistan vətəndaşlarına hücum edənlərə qarşı tədbir görməsini istəyib.