Tehran - İRNA -  kanalının ərəbcəsisi təcili xəbərdə İstanbulda kilsəyə silahlı hücum nəticəsində çoxlu sayda insanın öldüyünü və ya yaralandığını bildirib.

İRNA-nın bu gün (bazar günü) verdiyi xəbərə görə, Türkiyə mediası da İstanbulda Santa Maria kilsəsinə silahlı hücum olduğunu bildirib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bununla bağlı deyib: Hücum edənlərin tutulması üçün tədbirlərə başlanılıb.

Yerli vaxtla saat 11:00-da başlayan hücumdan sonra Türkiyə təhlükəsizlik qüvvələri ərazidə təhlükəsizlik halqası yaradıb və hadisə yerinə bir neçə polis qrupu göndərilib.